BlizzConline 2021 – anonslar və maraqlı məqamlar

BlizzConline 2021 açılış mərasimi

Blizzard şirkəti oyun və texnoloji sahədə yenilikləri ilə əlaqədar hər il ənənəvi olaraq BlizzCon sərgisini keçirir. Lakin, ilk dəfə idi ki, bu sərgi pandemiya vəziyyəti ilə əlaqədar olaraq onlayn formatda BlizzConline adı altında keçirilir.
BlizzConline tədbirinin Bakı vaxtı ilə keçirilmə cədvəlini saytımızda yerləşdirilən digər məqalədən oxuya bilərsiniz.

Açılış mərasimi DJ və GoT (Game of Thrones) serialındakı “Hodor” obrazını canlandıran Kristian Nernın musiqi müşayiəti ilə başladı. Sonra Blizzard şirkətinin rəhbəri Cey Allan Brek hər kəsi salamlayaraq onları dəstəkləyənlərə təşəkkürünü bildirdi və bundan sonra da daim inkişafda olacaqları barədə vədlər verdi. Növbəti mərhələdə isə ardıcıl olaraq World of Warcraft, HearthstoneDiablo oyunları barədə məlumatlar verildi. Sonda məhşur “Metallica” qrupunun çıxışı ilə açılış mərasimi yekunlaşdı.

Anonslar

World of Warcraft

“World of Warcraft: Shadowlands” oyunu üçün genişmiqyaslı “Chains of Domination” yeniləməsi təqdim olundu. Lakin, yeniləmənin dəqiq buraxılış tarixi hələ ki, elan olunmayıb.

“Chains of Domination” özündə aşağıdakı oyun elementlərini ehtiva edəcək:

“Chains of Domination” adlı oyun yeniləməsinin təqdimat treyleri

World of Warcraft: Classic üçün isə “The Burning Crusade” adlı yeni DLC (oyun əlavəsi) təqdim olundu. DLC-nin bu ilin sonlarınadək buraxılacağı və oyuna tədricən əlavə olunacağı gözlənilir.

“The Burning Crusade” oyun əlavəsi ilə oyuna “Qan elfləri”“Dreneylər” adlı yeni irqlər əlavə olunacaq. Bundan başqa oyun əlavəsi ilə WoW: Classic yeni dövrə keçmiş olsa da hər kəs istəyindən asılı olaraq “Classic” dövründə qala bilər.

“The Burning Crusade” adlı oyun əlavəsinin təqdimat treyleri

Hearthstone

“Hearthstone” oyunununda Qrifon dövrünün başlaması ilə 235 kartdan ibarət yeniləmə gözləyir. Kartlardan ibarət dəst daxilində yeni kartlarla yanaşı köhnə kartlar da yer alır.
2014-cü ildə oyunun buraxılışı zamanı 135 kartdan ibarət kart dəsti ilə oynamaq imkanı “Hearthstone”-nun klassik rejimində mümkün olacaq.
Bu il ərzində oyuna “Muzdlular” (Mercenaries ing.) adlı təknəfərlik PvP rejim əlavə olunacaq.

Bütün bunlarla yanaşı oyunu “Forged in the Barrens” adlı 135 kartdan ibarət yeniləmə gözləyir. Qeyd olunan yeniləmənin təqdimatı xüsusi videoçarxla müşayiət olundu.

“Forged in the Barrens” üçün artıq öncədən sifariş mövcuddur. Sifariş etmək üçün keçidə daxil olun.

“Forged in the Barrens” – Hearthstone

BlizzConline açılış mərasimindən Hearthstone oyununa həsr olunmuş ayrıca hissə


Diablo

BlizzardVicarious Visions studiyasının birgə ərsəyə gətirəcəyi “Diablo II” oyunun remake (təkmilləşdirilmiş) versiyası təqdim olundu. Oyunda mövcud olan imkanların genişləndiriləcəyi gözlənilir. Oyun “Diablo II: Resurrected” adı altında buraxılacaq. Maraqlı məqamlardan biri də odur ki, oyun zamanı bir klavişi sıxmaqla köhnə versiya ilə yeni versiya arasında keçid etmək olacaq. Beləcə oyunda olan qlobal dəyişiklikləri hiss etmək daha da asan olacaq.

“Diablo II: Resurrected” bu il ərzində PC, PlayStation, XboxNintendo Switch platformaları üçün cross-saving (platformalar arası oyun proqresinin yaddaşda saxlanılması) funksiyası ilə buraxılacaq.
Oyunu öncədən sifariş etmək üçün keçidə daxil olun.

Bütün bunlarla yanaşı “Diablo II: Resurrected” Dolby Surround 7.1 səs texnologiyasını, 4K ölçü görüntüsündə oyunu və təkmilləşdirilmiş interfeysi özündə ehtiva edəcək.

“Diablo II: Resurrected” oyununun anons treyleri

“Diablo IV” oyununa gəldikdə isə, bu mərasim çərçivəsində oyuna az diqqət ayrıldı. Daha doğrusu, oyun barəsində az məlumat verildi. Oyunun hələ də buraxılış tarixi məlum deyil. PC, PlayStationXbox platformaları üçün buraxılacağı gözlənilir.

“Diablo IV” oyununda mövcud olacaq “Quldur” ixtisası təqdim olundu. Gözlənildiyi kimi bu ixtisas qadın cinsindədir. Quldurun qara sehrin gücləri və zəhər vasitəsilə döyüşəcəyi, silah arsenalında isə yaxın döyüş üçün xəncərin, uzaq döyüş üçün isə oxun olacağı qeyd olunur.

“Diablo IV” oyunundan Quldur (Rogue) ixtisasının anons treyleri

Blizzard Arcade Collection

Yuxarıda qeyd olunanlarla yanaşı özündə “The Lost Vikings”, “Rock’N’Roll Racing”“Black Thorne” – 3 oyunu cəmləşdirən “Blizzard Arcade Collection” təqdim olundu. Bu oyunlar Blizzard şirkətinin əvvəkli dövrlərdə buraxdığı oyunlar olsa da, artıq bir kolleksiya daxilində və bir sıra yeniliklərlə (çoxnəfərlik oyun, oyun proqresini yaddaşa vermək, yeni filtrlər) yenidən buraxılır.

“Blizzard Arcade Collection” oyun kolleksiyasını artıq PC, PlayStation 4, Xbox One və Nintendo Switch platformalarında əldə etmək olar.

BlizzConline tam canlı yayımı

Mobil versiyadan çıxış