Boundary birinci şəxs perspektivində olan çoxnəfərlik şuterdir (first-person shooter ing.). Skystone Games tərəfindən ərsəyə gətirilən “Boundary” oyununun dəqiq buraxılış tarixi məlum olmasa da bu ilin yay aylarında PS4 və PC platformaları üçün buraxılacağı ehtimal olunur.
Oyunun PlayStation platforması üçün VR (virtual reality ing.) funksiyasını dəstəkləyəcəyi gözlənilir.
Qeympleydən göründüyü kimi oyun kifayət qədər dinamikdir. Oyunda olan personajlar isə müxtəlif modifikasiya oluna bilən silah və sursatlarla təchiz olunmuş astronavtlardır. Oyunçular kosmosda, qravitasiyanın olmadığı çəkisizlikdə bir-birilə mübarizə aparacaqlar. Ümumilikdə isə oyunçulara seçim üçün 6 fərqli ixtisas təklif olunur.
“Boundary” oyununu digər şuterlərdən fərqləndirən əsas cəhət bu janra bir qədər fərqli yanaşmadır. Bu yanaşma isə özünü məhz qarşılaşmaların çəkisiz mühitdə olması ilə ifadə edir.