Bright Memory: Infinite bu ilin sonlarınadək PC və Xbox Series X|S platformalarına buraxılacaq
FYQD studiyası tərəfindən ərsəyə gətirilən birinci şəxs perspektivli şuter “Bright Memory: Infinite” əslində ilk dəfə 2020-ci il tarixində buraxılan “Bright Memory” oyununun tam versiyasıdır. Maraqlısı odur ki FYQD studiyasında cəmi bir nəfər çalışır. Öncə oyunun ümumi hekayəsindən qısa epizod kimi buraxılan “Bright Memory” dinamik qeympleyi və təkmil qrafikası ilə xeyli oyunçunun diqqətini cəlb etməyi bacarmışdı. Bu səbəbdən də, yaradıcı oyun hekayəsinin bütün epizodlarını “Bright Memory: İnfinite”də birləşdirmək qərarına gəldi.

Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilir və qeympley treylerindən də göründüyü kimi bu mühərrikin bütün üstünlüklərindən istifadə edir.
“Bright Memory: Infinite” oyununun dəqiq buraxılış tarixi məlum olmasa da, 2021-ci ilin sonlarınadək PC və Xbox Series X|S platformalarına buraxılacağı gözlənilir. İlkin məlumata görə daha sonra oyun PlayStation 5 konsolu üçün də buraxılacaq.