19.06.2021-ci il tarixindən etibarən Azərbaycan Əyləncə və Oyun İcması da Epic Games şirkətinin həmkarları sırasına qoşuldu.
2018-ci ildən fəaliyyət göstərən GGC 2021-ci ilin əvvəllərinədək yalnız layihəni təkmilləşdirməklə məşğul olmuşdur. Sayca az belə olsa böyük addımlar atmağı bacaran, kreativ və şən GGC ailəsi bacardığı qədər üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışmışdır. 2021-ci ildə fəaliyyətimizdə bir pillə daha irəliləyərək, izləyicilərimizin və daimi oxucularımızın sayəsində imkanlarımızı genişləndirməyi bacardıq. Bəlkə də çox insan üçün sadə və əlçatan görünən bu hədəfə çatmaq üçün biz xeyli çalışdıq. Nəhayət ki, Epic Games şirkətinin həmkarları sırasına qoşula bildik.
Epic Games şirkəti ilə həmkarlığımız çərçivəsində qoşulduğumuz “Support-A-Creator” proqramı bir icma kimi maliyyələşməyimiz üçün ilkin addım oldu. Sözsüz ki, bu istiqamətdə sizin hər birinizin əməyi əvəzsizdir. Ümid edirik ki, inkişafımızın davamlı olması üçün dəstəyinizi bizdən əsirgəməyəcəksiniz.
Bu məqsədlə,
Epic Games Store rəqəmsal mağazasında istənilən oyun və ya proqram təminatını ödəniş edərək əldə edərkən bizim “creator” kodumuzu yazmağı unutmayın:
GAZEGAMECOM
Bu eynilə “Fortnite” və “Rocket League” kimi oyunlarda etdiyiniz oyundaxili ödənişlərə də şamil olunur. Hər bir halda bizim kodumuzu qeyd edib ödəniş etsəz layihəmizə dəstək vermiş olacaqsınız. Öncədən hər birinizə təşəkkür edirik.
GGC – hamımızındır.