17 iyun tarixinədək “Control” oyununu Epic Games Store rəqəmsal mağazasından ödənişsiz əldə etmək olar.
Ənənəvi olaraq hər həftə olduğu kimi EGS pulsuz paylaşdığı oyunlarla öz istifadəçilərini sevindirir. Bu dəfə Epic Games istifadəçilərinə Remedy tərəfindən 2019-cu il tarixində ərsəyə gətirilən “Control” oyununu hədiyyə edib.
Buraxıldığı ildə “Control” ilin ən yaxşı oyunları siyahısına daxil olmağı bacarmışdı. Təsadüfi deyil ki, bu oyun PlayStation Magazine, IGN, theaureview.com, The Verge və Polygon tərəfindən ilin ən yaxşı oyunu seçilib. “Control” ilk öncə möhtəşəm oyun dizaynı sonra isə süjeti və qeymleyi ilə geniş oyunçu kütləsi cəlb edə bilmişdi.
Buraxıldığı tarixdən bir müddət sonra oyunda hadisələrin əvvəllər Remedy tərəfindən ərsəyə gətirilən “Alan Wake” ilə bir kainatında cərəyan etdiyi məlum oldu. Hətta sonradan bu mövzu ilə əlaqəli DLC-də buraxıldı.

Xatırladaq ki, saytımızda “Control” oyunu haqqında ayrıca məqalə mövcuddur. Ətraflı məlumat almaq üçün məqaləmizə keçid edə bilərsiniz.
“Control” oyunu üçün ardıcıllıqla “The Foundation” və “AWE” oyun əlavəri (DLC) buraxılıb. Onları ayrılıqda və ya oyunun tam nəşri ilə əldə etmək olar. Hazırda EGS-də paylaşılan isə oyunun “Standart” nəşridir. Yəni, yuxarıda qeyd olunan DLC-lər bu nəşrə daxil deyil.
Bu hələ son deyil

24 iyun Bakı vaxtı ilə saat 19:00-dək EGS-dən Discord üçün 3 aylıq pulsuz “Nitro” əldə etmək olar. “Nitro” vasitəsilə hər bir istifadəçi Discord serverinin premium xidmətlərindən yararlana biləcək. Bu xidmətlərə animasiyalı avatarlar, şəxsi emojiləri yaratmaq, serverə 100 MB-dək faylları yükləmək, yüksək keyfiyyətli canlı yayım və digər imkanlar daxildir.
Qeyd: Bu təklifdən yalnız yeni Discord istifadəçiləri yararlana bilər.
3 aylıq pulsuz “Nitro” əldə etmək üçün keçid edin – Discord Nitro