“Call of Duty: Vanguard” zombi rejimində oyunçular nasist ordusunun dirilmiş ölüləri ilə mübarizə aparacaqlar
Activision “Call of Duty: Vanguard” oyunundan zombi rejimin treylerini bu gün Bakı vaxtı ilə saat 19:00-da rəsmi təqdim edəcəyi barədə məlumat vermişdi. Əlbəttə ki, rəsmi təqdimatı heç kim ləğv etməyib. Sadəcə olaraq zombi rejimin treyleri artıq vaxtından əvvəl şəbəkədə dolaşır.
Bu rejimdə oyunçular nasist ordusunun dirilmiş ölüləri ilə mübarizə aparacaqlar. Hekayəyə görə müharibədə məğlub olduqlarını anlayan nasistlər döyüş meydanına zombiləri buraxırlar.
Xatırladaq ki, oyun 5 noyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S platformalarına buraxılacaq.