Battle Royale janrında olan oyunun yeni treyleri nəqliyyat vasitələrinin yeni xarici görünüşlərindən bəhs edir
Bunu Call of Duty: Warzone oyunçularına mümkün qədər effektiv təqdim etmək üçün səsləndirməni Activision şirkəti məhşur ABŞ reperi Xzibit-ə həvalə edib.
Qısaca olaraq nəqliyyat vasitələri üçün yeni xarici görünüşlər onların qara və qızılı naxışlarla işlənməsindən ibarətdir. Sözü gedən xarici görünüş komplektasiyasını onlayn mağazadan 1200 oyundaxili valyutasına əldə etmək olar.
Qeyd edək ki, oyundaxili valyutanı ödənişlə (donate) əldə etməklə yanaşı Battle Pass adlanan fəaliyyətdə aktiv iştirak etməklə də əldə etmək olar. Bunun üçün sadəcə kifayət qədər səbrə malik olmaq lazımdır.
Call of Duty: Warzone oyununun xarici görünüşə həsr olunmuş yeni treylerini Sizə təqdim edirik: