“Call of Duty: Vanguard” və “Call of Duty: Warzone” oyunlarına yeni əməliyyatçı məşhur repçi Snup Doq əlavə olunub.
Dünən yeniləmə ilə “Call of Duty: Vanguard” və “Warzone” oyunlarına yeni əməliyyatçı Snup Doq əlavə olunub. “Tracer Pack: Snoop Dogg Operator” bağlmasının tərkibinə əməliyyatçı Snup Doq, onun üçün 4 fərqli kostyum, qraffiti və digər mükafatlar daxildir.
Oyun dünyasında Snup Doqun öz bioqrafiyası əks olunub. Eləcə də, o, “Executioners” əməliyyat qrupunun üzvüdür, sevdiyi silah isə PPSH-41-dir.


