Beynəlxalq Comic-Con festivalı bu il 18-21 iyul tarixlərində San Diego şəhərində keçirildi
Ənənəvi olaraq hər il keçirilən beynəlxalq Comic-Con festivalı bu il 18-21 iyul tarixlərində San Diego şəhərində keçirildi. Comic-Con 2019-da da əvvəlki illərdə olduğu kimi yeni treylerlər və anonslar təqdim olundu, gələcək proyektlərin geniş müzakirəsi aparıldı.
Bu məqalədə biz yalnız əsas məqamlara toxunacayıq.
Başlıqlar:
• American Dad! Apocalypse Soon mobil oyununun anonsu
• Marvel Ultimate Alliance 3 oyununa yeni əlavələr
• Marvel’s Iron Man VR oyununun gameplay videosu
• Marvel’s Avangers: A-day oyununun gameplay videosu
• Death Stranding oyununun üzlüyü, posteri və digər məlumatlar
• Marvel studiyasının 4-cü fazasının anonsu (siyahı)
• Terminator: Dark Fate filminin çəkilişlərindən bəhs edən video
• The Walking Dead filminin anonsu
• IT 2 filminin son treyleri
• Top Gun 2: Maverick filminin anonsu
• 21 Bridges filminin yeni treyleri
• Jay and Silent Bob: Reboot filminin ilk treyleri
• The Witcher serialının treyleri
• The Expanse serialının 4-cü sezonunun treyleri
• Star Trek: Picard serialının ilk tizeri
• Westworld serialının 3-cü sezonunun treyleri
• His Dark Materials serialının treyleri
• Marvel’s Agents of S.H.I.E.L.D serialının 7-ci sezonunun treyleri
• Arrow serialının 8-ci sezonunun treyleri
• Black Lightning serialının 3-cü sezonunun treyleri
• The Flash serialının 6-cı sezonunun treyleri
• Impulse serialının 2-ci sezonu – ilk baxış
• The Man in the High Castle serialının 4-cü sezonunun treyleri
• Snowpiercer serialının treyleri
• Carnival Row serialının treyleri
• The Walking Dead serialının 10-cu sezonunun treyleri
• Batwoman serialının treyleri
• Shudder’s Creepshow serialının treyleri
• Watchman serialının treyleri
• Steven Universe The Movie cizgi filminin treyleri
• Rick and Morty cizgi filminin 4-cü sezonundan fraqment
• The Dark Crystal: Age of Resistance cizgi filminin ərsəyə gətirilməsi barədə qısa video
• Harley Quinn cizgi filmi – ilk baxış
• DuckTales cizgi filminin 2-ci sezonunun treyleri
• Primal cizgi filmi serialının treyleri
American Dad! Apocalypse Soon mobil oyununun anonsu
Oyun ödəniş tələb etməyəcək və 2019-cu ilin payız aylarında buraxılacaq. Google Play və App Store-da artıq öncədən qeydiyyatdan keçmək mümkündür.
American Dad! Apocalypse Soon mobil oyununun treylerini Sizə təqdim edirik:
Marvel Ultimate Alliance 3 oyununa yeni əlavələr
Oyuna bu yaxınlarda Loki qəhrəmanının və 30 avqust tarixinə planlaşdırılmış pulsuz yenilənmə ilə Colossus və Ciclope qəhrəmanlarının əlavə olunacağı gözlənilir. İlk ödənişli DLC isə özündə Moon Knight, Morbius, Blade və Punisher kimi Marvel qəhrəmanlarını cəmləşdirəcək.
Marvel’s Iron Man VR oyununun gameplay videosu
Marvel’s Iron Man VR oyununun Comic-Con 2019 gameplay videosunu Sizə təqdim edirik:
Marvel’s Avangers: A-day oyununun gameplay videosu
Gameplay videosu qapalı konfransda təqdim olunduğundan videoçəkiliş keyfiyyəti aşağıdır. Lakin diqqətlə izlədikdə nələr baş verdiyini anlamaq olar.
Marvel’s Avangers: A-day oyununun Comic-Con 2019 gameplay videosunu Sizə təqdim edirik:
Death Stranding oyununun üzlüyü, posteri və digər məlumatlar
Comic-Con 2019-da eləcə də Hideo Kojimanın studiyası tərəfindən ərsəyə gətirilən Death Stranding oyununun üzlüyü və posteri eləcə də qısamüddətli videoçarxı təqdim olundu. Verilən məlumata görə oyunda mövcud olan Hartman obrazı hər 21 dəqiqənin sonunda dünyasını dəyişərək 3 dəqiqə ərzində yenidən dünyaya gəlir.



Death Stranding oyununun Comic-Con 2019-da təqdim olunun videoçarxını Sizə təqdim edirik:
Marvel studiyasının 4-cü fazasının anonsu (siyahı)
Comic-Con 2019-un ən gözlənilən və maraqlı xəbərlərindən biri də Marvel studiyası tərəfindən növbəti 2020-2021-ci illəri əhatə edən 4-cü fazasını anons etməsi oldu. Lakin buraxılacağı planlaşdırılan “Black Panther”, “X-Men”, “Blade”, “Guardians of the Galaxy” kimi bəzi filmlər bu siyahıya daxil olmamışdır və çox güman ki, onların premyerası Marvel studiyasının növbəti fazalarına təsadüf edəcək.
Premyera tarixləri:
“Black Widow” – 01.05.2020
“The Falcon and the Winter Soldier” (serial) – 2020-ci ilin payız ayları
“Eternals” – 06.11.2020
“Shang-Chi and the Legend of the Ten Rings” – 12.02.2021
“Wanda Vision” – 2021-ci ilin yaz ayları
“Doctor Strange in the Multiverse of Madness” – 07.05.2021
“Loki” (serial) – 2021-ci ilin yaz ayları
“What If…?” (cizgi filmi serialı)
“Hawkeye” (serial) – 2021-ci ilin payız ayları
“Thor: Love and Thunder” – 05.11.2019
Terminator: Dark Fate filminin çəkilişlərindən bəhs edən video
Filmin premyerası 31.10.2019-cu il tarixində baş tutacaq.
Terminator: Dark Fate filminin çəkilişlərindən bəhs edən Comic-Con 2019 videosunu Sizə təqdim edirik:
The Walking Dead filminin anonsu
Comic-Con 2019-da verilən məlumata görə 10 sezonluq “The Walking Dead” və eyni adlı komiks seriyası əsasında “The Walking Dead” filmi çəkiləcək. Filmdə eyni adlı serialdan olan obraz Rik Qraymsın öz dəstəsindən ayrılaraq helikopterlə hara getməsi də işıqlandırılacaq. Premyera tarixi tam bəlli olmasa da, festival çərçivəsində filmin tizeri təqdim olundu.
“The Walking Dead” filminin Comic-Con 2019 tizerini sizə təqdim edirik:
IT 2 filminin son treyleri
Xatırladaq ki, filmin premyerası 05.09.2019-cu il tarixində baş tutacaq.
“IT 2” filminin Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Top Gun 2: Maverick filminin anonsu
Filmin premyerası 2020-ci ilin iyun ayına planlaşdırılıb.
Top Gun 2: Maverick filminin Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
21 Bridges filminin yeni treyleri
Detektiv janrında olan “21 Bridges” filmində baş rolda Çedvik Bozman (Qara Pantera filmindən) çıxış edir. Filmin premyerası 24.10.2019-cu il tarixində baş tutacaq.
21 Bridges filminin Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Jay and Silent Bob: Reboot filminin ilk treyleri
Köhnə obrazlar və köhnə komediya – Cey və Dinməz Bob yenidən geri dönür. Comic-Con 2019-da verilən məlumata görə filmin premyerası 15.10.2019-cu il tarixində baş tutacaq.
Jay and Silent Bob: Reboot filminin Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
The Witcher serialının treyleri
Son vaxtlar gündəmdə olan, Netflix tərəfindən ərsəyə gətirilən “The Witcher” serialının tizer-treyleri təqdim olundu. Buna baxmayaraq, serialın premyera tarixi hələ də bəlli dəyil.
The Witcher serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
The Expanse serialının 4-cü sezonunun treyleri
The Expanse serialının 4-cü sezonunun ilk seriyası 13.12.2019-cu il tarixində yayınlanacaq.
The Expanse serialının 4-cü sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Star Trek: Picard serialının ilk tizeri
Star Trek: Picard serialının premyerası 2020-ci ilin birinci yarısına planlaşdırılıb. Serialın adından bəlli olduğu ki, serial Məhşur “Star Trek” filmindəki kapitan Pikard obrazından bəhs edəcək.
Star Trek: Picard serialının Comic-Con 2019 tizerini Sizə təqdim edirik:
Westworld serialının 3-cü sezonunun treyleri
Westworld serialının 3-cü sezonunun ilk seriyası 2020-ci ildə yayınlanacaq.
Westworld serialının 3-cü sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
His Dark Materials serialının treyleri
His Dark Materials serialının premyerası 2019-cu ilin payız aylarına planlaşdırılıb.
His Dark Materials serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Marvel’s Agents of S.H.I.E.L.D serialının 7-ci sezonunun treyleri
Marvel’s Agents of S.H.I.E.L.D serialının 7-ci sezonunu 2020-ci ildə yayınlanacaq. Festivalda verilən məlumata görə bu serialın sonuncu sezonudur.
Marvel’s Agents of S.H.I.E.L.D serialının 7-ci sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Arrow serialının 8-ci sezonunun treyleri
Arrow serialının 8-ci sezonu sonuncudur, 10 seriyadan ibarət olacaq və 15.10.2019-cu il tarixində ilk seriyası yayınlanacaq.
Arrow serialının 8-ci sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Black Lightning serialının 3-cü sezonunun treyleri
Black Lightning serialının 3-cü sezonunun ilk seriyası 21.10.2019-cu il tarixdə yayınlanacaq.
Black Lightning serialının 3-cü sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
The Flash serialının 6-cı sezonunun treyleri
The Flash serialının 6-cı sezonunun ilk seriyası 08.10.2019-cu il tarixində yayınlanacaq.
The Flash serialının 6-cı sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Impulse serialının 2-ci sezonu – ilk baxış
Impulse serialının 2-ci sezonunun ilk seriyasının yayınlanma tarixi tam bəlli olmasa da bu ilin payız aylarında baş tutacaq.
Impulse serialının 2-ci sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
The Man in the High Castle serialının 4-cü sezonunun treyleri
The Man in the High Castle serialının 4-cü sezonunun ilk seriyası 15.11.2019-cu il tarixdə Amazon Prime Video-da yayınlanacaq.
The Man in the High Castle serialının 4-cü sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Snowpiercer serialının treyleri
Jak Lob və Jan Mark Roşenin komiksləri əsasında artıq 2013-cü ildə eyni adlı “Snowpiercer” filmi ərsəyə gətirilmişdi. Comic-Con 2019-da isə “Snowpiercer” serialı anons olundu. Serialın premyera tarixi hələ bəlli deyil.
Snowpiercer serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Carnival Row serialının treyleri
Carnival Row serialının premyerası 30.08.2019-cu il tarixdə baş tutacaq. Serial detektiv, fantastika janrlarındadır. İnsanlar, pərilər, divlər, kentavrlar və digər əfsanəvi məxluqlar birgə yaşayır. Sujetə görə bir pəri və detektiv insan olmayan irqlərin sil-silə qətlini araşdırır.
Carnival Row serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
The Walking Dead serialının 10-cu sezonunun treyleri
The Walking Dead serialının 10-cu sezonunun premyerası bu ilin oktyabr ayında baş tutacaq.
The Walking Dead serialının 10-cu sezonunun Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Batwoman serialının treyleri
Batwoman serialı 06.10.2019-cu il tarixindən etibarən yayınlanacaq. Baş rolda isə məhşur aktrisa, müğənni və model Rubi Rouzdur.
Batwoman serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
https://www.youtube.com/watch?v=ptX8O4w6Srs
Shudder’s Creepshow serialının treyleri
Shudder’s Creepshow serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Watchman serialının treyleri
Watchman serialının premyerası 2019-cu ilin oktyabr ayına planlaşdırılıb. Serialla bağlı eyni adlı film və komikslər mövcuddur.
Watchman serialının Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
https://www.youtube.com/watch?v=1yKq1PRvPJQ
Steven Universe The Movie cizgi filminin treyleri
Cizgi filmin eyni adlı serialı mövcuddur və artıq 6-cı sezonu ərsəyə gətirilir. Məhşur “Stiven Universe” cizgi filminin bu dəfə tam süjetli filmi ərsəyə gətirilib. Cizgi filmin premyerası 02.09.2019-cu il tarixində baş tutacaq.
Steven Universe The Movie cizgi filminin Comic-Con 2019 treylerini Sizə təqdim edirik:
Rick and Morty cizgi filminin 4-cü sezonundan fraqment
The Dark Crystal: Age of Resistance cizgi filminin ərsəyə gətirilməsi barədə qısa video
The Dark Crystal: Age of Resistance cizgi filminin 1-ci sezonunun bütün seriyaları (10 seriya) 30.08.2019-cu il tarixdə Netflix-də buraxılacaq.
The Dark Crystal: Age of Resistance cizgi filminin ərsəyə gətirilməsi barədə Comic-Con 2019 festivalından qısa videonu Sizə təqdim edirik:
Harley Quinn cizgi filmi – ilk baxış
Cizgi film serialının bu il ərzində ekranlara çıxacağı planlaşdırılıb.
Harley Quinn cizgi filminin Comic-Con 2019 treylerini Sizə təqdim edirik: