Ənənəvi olaraq San-Dieqo şəhərində keçirilən beynəlxalq Comic-Con sərgisi bu il 23-25 iyul tarixlərində onlayn formatda keçiriləcək
1970-ci ildən etibarən müxtəlif oyunların, filmlərin, komikslərin və s. təqdim olunduğu, müzakirə edildiyi Comic-Con sərgisi bu il də koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçiriləcək. Sərgi 23-25 iyul tarixlərində yayımlanacaq.

Bu barədə məlumatı Comic-Con təşkilatçı dairəsi təsdiq edib. Comic-Con tarixində belə bir hal artıq ikinci dəfədir ki, yaranır. Keçən il də təşkilatçılar pandemiya səbəbindən sərgini onlayn formata keçirməli olmuşdular.
Ümumilikdə yoluxma hallarının azalmasına və vaksinasiyanın artıq başlanmasına baxmayaraq, təşkilatçılar hələ də insanların belə kütləvi tədbirdə toplanması üçün tez olduğunu bildiriblər.
While we are buoyed by the rollout of the vaccine and the growing number of individuals being inoculated, it appears that July will still be too early to safely hold an in-person event of the magnitude of Comic-Con
Bununla yanaşı Comic-Con sərgisinin bu ilin noyabr ayında bir daha, artıq ənənəvi formatda keçirilməsi planlaşdırılır.