1 aprel ilə əlaqədar olaraq Remedy “Control” oyununun PS1 üçün qeympley tizerini təqdim edib
Hər il olduğu kimi bu il də, 1 aprel ümumdünya gülüş və zarafat günündə bir çox oyun şirkətləri yumoristik məzmunlu paylaşımlar ediblər.
Bu il öz kreativliyi və yaradıcılığı ilə Remedy digərlərindən seçilməyi bacarıb. Belə ki, şirkətin yaradıcı komandası tərəfindən “Control” oyununun PS1 konsolu üçün qeympley tizeri təqdim olunub.

Bəzi məşhur oyunlar adətən sadə internet istifadəçiləri və oyun həvəskarları tərəfindən “demake” olunur. Sözsüz ki, əksər hallarda bu məşğuliyyət yalnız maraq və zarafat məqsədindən irəli gəlir.
Oyun sənayesində “demake” anlayışı oyunun qeympley və ya qrafikasının əvvəlki nəsil platformalara çevirilməsidir.
Bu dəfə Remedy özü “Control” oyununu PS1 platformasına demeyk edib. Şirkət bu addımı ilə həm ümumdünya gülüş gününə, həm də həvəskarlar tərəfindən oyunların demeyk edilməsinə dəstək vermiş oldu.
Xatırladırıq ki, oyunun PS1 konsolu üçün demeyk versiyası buraxılmayacaq, bu sadəcə 1 aprel zarafatıdır.
Oyunun PS1 platforması üçün qeympley tizerini Remedy rəsmi YouTube kanalında paylaşıb. “Control” 1996-cı ildə PlayStation platformasına buraxılsa idi belə olardı: