Hazırda Core oyun-platforması öncədən giriş üçün Epic Games Store mağazasına və layihənin rəsmi saytına əlavə olunub
“Core” pulsuz oyun (free-to-play və ya F2P ing.) prinsipi əsasında Manticore Games tərəfindən Unreal Engine mühərrikində ərsəyə gətirilən onlayn oyundur (oyun-platforma). Oyunun alfa versiyası 16 mart 2020-ci il tarixində buraxılmışdır. Layihənin ən mühüm elementi onun video oyun yaratma sisteminə malik olmasıdır. Məhz bu element “Core”u sadəcə onlayn oyun yox, həm də oyun üçün bir platformaya çevirir.
Bu platformaya mahiyyətcə ən yaxın “Roblox” oyun-platformasıdır.

“Core” oyunçulara bir platformada minlərlə oyun oynamaq imkanı yaradır. Oyun yaratma sahəsinin həvəskarından tutmuş peşəkarınadək – hər bir şəxs bu sistemin xüsusiyyətlərindən yararlanaraq öz oyununu yarada, qısa müddət ərzində paylaşıb gəlir əldə bilər. Nəticədə əldə olunan gəlirin yarısı oyunu yaradan şəxsə çatacaq. Oyun yaratmaq üçün lazım olan bütün resurslar “Core”un daxilindədir. Oyun yaratma sistemi istifadəçilərə demək olar ki, heç bir məhdudiyyət qoymur. İstifadəçilərdən tələb olunan sadəcə olaraq həvəs, kreativlik və yaradıcılıq qabiliyyətidir.
Layihə ilə daha yaxından tanış olmaq üçün Epic Games Store səhifəsinə və ya rəsmi sayta keçid edə bilərsiniz.
Core Games tərəfindən təqdim olunan “öncədən giriş” (early access ing.) treyleri: