“Crash Bandicoot 4: It’s About Time” əvvəlki məqalədə məlumat verdiyimiz kimi, mart ayının 12-si PS5, Xbox Series X/S və Nintendo Switch platformalarına buraxıldı. Yeni nəsil Xbox və PlayStation konsollarının istifadəçiləri “Crash Bandicoot 4: It’s About Time” oyununun nəzərə çarpacaq dərəcədə təkmilləşdirildiyini qeyd edirlər. Oyun hər iki konsolda 4K ölçüsündə saniyədə 60 kadr təmin edə bilir. Yalnız bəzi hallarda FPS daha aşağı göstəricilərə düşür.
Oyun Switch platforması üçün də kifayət qədər optimallaşdırılmışdır. Belə ki, hibrid platforma oyun üçün saniyədə stabil 30 kadr təmin edə bilir.
“Crash Bandicoot 4: It’s About Time” PC platforması üçün 26 mart tarixində buraxılacaq
Oyunun müəlliflik hüquqlarının hazırda Activision-a məxsus olduğu üçün Battle.net onlayn mağazasından əldə etmək mümkün olacaq. Öncədən sifariş artıq açıq elan olunub.
Crash Bandicoot 4: It’s About Time oyununun PC üçün buraxılış tarixi ayrıca treylerlə elan olunub: