25 mart tarixində iOS və Android üçün “Crash Bandicoot: On The Run” oyunu buraxılacaq
“Crash Bandicoot: On The Run” oyunu Activision Blizzard-ın bir hissəsi olan King şirkəti tərəfindən ərsəyə gətirilir. Oyun mobil platformalardan çoxlarına tanış olan ranner (Runner ing.) janrındadır. Eyni janrda və platformalarda olan “Subway Surfers”, “Temple Run” və s. bu növ oyunları xatırladır.
Sadalanan oyunlardan fərqli olaraq “Crash Bandicoot: On The Run” müəyyən süjet xəttinə malik olacaq. Kraş öz bacısı Koko ilə baş mənfi obraz Dr. Neo Kortesə qarşı mübarizə apararaq onun məkrli planlarını pozmalıdırlar.
“Crash Bandicoot: On The Run” mart ayının 25-i iOS və Android platformaları üçün buraxılacaq. Artıq indi mağazalarda öncədən qeydiyyatdan keçib buraxılış zamanı mobil cihazınıza müvafiq bildirişin gəlməsini təmin edə bilərsiniz. Əlavə olaraq öncədən qeydiyyatdan keçən şəxslərə buraxılış günü “Göy Kraş” xarişi görünüşü mükafat olaraq veriləcək.

Öncədən qeydiyyat üçün mağazalara keçidləri təqdim edirik:
Crash Bandicoot: On The Run oyununun qeympley treyleri: