CD Projekt Red buraxdığı 1.23 versiyalı patçın oyuna 60-dan çox düzəliş edəcəyini bildirib
Yeni 1.23 versiyalı patç oyunun buraxıldığı bütün platformalar üçün nəzərdə tutulub. “CyberPunk 2077” oyununun 21 iyun tarixində PS Store rəqəmsal mağazasına geri qaytarılacağını nəzərə alsaq bu dəfəki patçın daha effektiv olacağı gözlənilir. Hər bir halda düzəlişlərin həqiqətən də effektiv olub-olmamasını GGC-nin canlı yayımlarında izləyə bilərsiniz.
Xatırladaq ki, hazırda “Ratchet & Clank: Rift Apart” oyunu ilə yanaşı “CyberPunk 2077” oyunu da GGC-nin rəsmi Facebook hesabında canlı yayımlanır. Bu həftə oyunun canlı yayımı 18 iyun tarixinə planlaşdırılıb.
1.23 versiyalı patçla oyuna əlavə olunacaq düzəlişlərin tam siyahısını buradan oxuya bilərsiniz.
Ümumilikdə isə düzəlişlər oyunda aşağıdakı məqamlara toxunur:
- Bəzi tapşırıqlarda və sifarişlərdə mövcud olan baqlar
- Ətraf mühitlə əlaqədar olan baqlar
- Oyun prosesi ilə əlaqədar baqlar
- Personajların qrafikası
- Animasiya, interfeys, oyun fizikası və səhnələr
- Oyunun ümumi optimallığı