“Disney+” servisinin korporativ proqram meneceri Brandon Sangiovanni Obi-Van Kenobi haqqında serialın may ayından yayımlanacağı barədə tvit paylaşıb.
Bir neçə gün öncə Brandon Sangiovanni şəxsi Twitter hesabında Obi-Van Kenobi haqqında serialın premyerasının mayda yayımlanacağı barədə tvit paylaşıb.

O, yazır:
Bizim şəxsi Obi-Vanımız “Disney+”da “hello, there,” deyəcək…
May 2022
Əvvəllər də bəzi mənbələr serialın yayımının may ayında başlayacağı haqda yazmışdılar. Brandon Sangiovanninin “Disney+” servisində yüksək vəzifəli şəxs olduğunu nəzərə alsaq, bu tarixin demək olar ki, öz təsdiqini tapdığını hesab etmək olar. Buna baxmayaraq Disney hələ də bu barədə heçbi rəsmi rəsmi elan verməyib. Sangiovanni isə artıq tvitini silib və öz hesabına girişi məhdudlaşdırıb.
Xatırladaq ki, Obi-Van Kenobi haqqında serialın adı hələ açıqlanmasa da, aktyor Yuen Makqreqorun Obi-Van, Heyden Kristensenin isə Dart Veyder (Enakin Skayuoker) rollarına qayıdacağı artıq təsdiqlənib.