DC FanDome 2021 onlayn tədbiri 16 oktyabr tarixində Bakı vaxtı ilə saat 21:00-da başlayacaq
DC kainatına həsr olunan DC FanDome tədbirində bu il də canlı yayımda həvəskarları xeyli maraqlı məzmun gözləyir. Adətən tədbir şərçivəsində DC kainatına aid olan oyunlar, filmlər, şoular və digər sahələrdə olan yeniliklər təqdim olunur və müzakirələr aparılır. Təqdim olunacaq yeni treylerlərdən biri də rejissor Mett Rivz tərəfindən çəkilən “The Batman” filminin treyleri olacaq. Bu barədə filmin rəsmi “Twitter” səhifəsi qısa videoçarxla məlumat verib.
Xatırladaq ki, “The Batman” filminin premyerası 3 mart 2022-ci il tarixinə təyin olunub.
DC FanDome cəmi bir neçə saat davam edir. Tədbiri saat 21:00-da rəsmi “YouTube” kanalında izləyə bilərsiniz.