Hideo Kojima studiyasının oyunu olan “Death Stranding” ilk əvvəl 08.11.2019-cu ildə eksklüziv olaraq PlayStation platforması üçün buraxılmasına baxmayaraq daha sonra PC platforması üçün də 02.06.2020-ci ildə buraxılacağı anons edilmişdi. Lakin hazırda mövcud olan COVID-19 virus pandemiyası ilə əlaqədar olaraq oyunun PC platforması üçün buraxılış tarixi 14.07.2020-ci il tarixə dəyişdirilmişdir. Hazırda bu oyunun buraxılış tarixi barədə olan son rəsmi məlumatdır. Bu tarixin bir daha dəyişib-dəyişməyəcəyi isə hələ məlum deyil.
Death Stranding oyununun PC üçün yeni buraxılış tarixi
