Krosspley funksiyasının beta test mərhələsi 25-27 may tarixlərini əhatə edəcək
Nəhayət ki, Bungie “Destiny 2” oyununa tam krosspley (crossplay ing.) funksiyasının əlavə olunması məsələsinə rəsmi münasibət bildirdi. 15-ci sezonun başlaması ilə oyun tam krosspley funksiyasını dəstəkləyəcək. Tam krosspley “Destiny 2”nin mövcud olduğu bütün platformalarda oyunçuların biri-biri ilə oynamasına imkan yaradacaq.
Xatırladaq ki, əvvəllər oyun yalnız PS4 və PS5 konsolları arasında krosspleyi dəstəkləyirdi.
Bu funksiyanı ilk sınaqdan keçirmək istəyən şəxslər 25-27 may tarixlərində beta-test mərhələsində iştirak edə bilərlər. Hər bir oyunçu “Vanguard Strikes Cross Play Beta” pleylistinə daxil olub PC, PlayStation, Xbox və Stadia platformalarının istifadəçiləri ilə birgə oynaya bilər. Təəssüf ki, beta test mərhələsində başqa platformalardan olan dostlarınızı öz oyununuza dəvət edə bilməyəcəksiniz. Bu mərhələdə digər platformadan olan oyunçular seçmə üsul ilə oyununuza qoşulacaq.
“Vanguard Strikes Cross Play Beta” pleylistində 3 basqını uğurla başa vurmuş oyunçular xüsusi “Stars Crossed” eblemi ilə mükafatlandırılacaq.
