“Diablo II” oyununun remake versiyası – “Diablo II: Resurrected” 2 mərhələli alfa-testdən keçəcək
Yaradıcı şirkət bu informasiyanı təsdiqləyərək hər bir alfa-test mərhələsinin oyunun fərqli məzmunlarına aid olacağını bildirib. “Diablo II: Resurrected” oyununda keçiriləcək alfa-testlərdən birinci mərhələ təknəfərlik, ikinci mərhələ isə çoxnəfərlik oyun məzmununu əhatə edəcək. Mənbənin qeyd etdiyi məlumata görə çoxnəfərlik oyun məzmunu üzərində keçiriləcək alfa-testin 2-ci mərhələsi xüsusi əhəmiyyət kəsb edir.

Hazırda oyunun alfa-test mərhələlərində iştirak etmək üçün qeydiyyat açıq elan olunub. Əgər oyunu hər kəsdən əvvəl oynamaq və ya oyun yaradıcılığı prosesinə öz töhfəni vermək istəyirsənsə, rəsmi sayta keçid et, qeydiyyatdan keç və sən də alfa-test iştirakçısı ol.
“Diablo II: Resurrected” oyunu haqqında ötən həftə keçirilən BlizzConline onlayn mərasimində də məlumat verilmişdi. Bu barədə saytımızda olan digər məqalədən oxuya bilərsiniz.