Oyun bu il 2 iyun tarixində iOS və Android mobil platformalarına buraxılacaq. PC platforması üçün də anons olunan “Diablo Immortal”ın sistem tələbləri açıqlanıb.
Artıq uzun müddətdir ki, “yaradılma” mərhələsində olan “Diablo Immortal”ın buraxılış tarixinin anons olunması ilə yanaşı PC platformasına da buraxılacağı, həqiqətən, çoxları üçün gözlənilməz bir xəbər oldu. Oyunun tam krossplatforma funksiyasını dəstəkləməsi isə mobil platforma və PC istifadəçilərinə birgə oynamaq imkanı yaradacaq.
“Diablo Immortal” bu il 2 iyun tarixində iOS və Android mobil platformaları üçün buraxılacaq. PC istifadəçiləri isə bu tarixdən etibarən oyunun açıq beta-test mərhələsinə qoşula biləcəklər. Təəssüf ki, PC üçün buraxılış tarixi hələ məlum deyil. Buna baxmayaraq, dünən Blizzard oyunun PC üçün sistem tələblərini açıqlayıb:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 / 11
• CPU: Intel® Core™ i3 / AMD FX-8100
• GPU: NVIDIA®GeForce® GTX 460 / ATI Radeon HD 6850 / Intel HD Graphics 530
• RAM: 4 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 / 11
• CPU: Intel® Core™ i5 / AMD Ryzen™ 5
• GPU: NVIDIA®GeForce® GTX 770 / AMD Radeon RX 470
• RAM: 8 GB
Diqqətlə nəzər yetirsəniz, minimal və tövsiyə olunan sistem tələbləri arasındakı kəskin fərqi görə bilərsiniz. Hətta tövsiyə olunan sistem tələbləri PC platforması səviyyəsində zəif hesab olunsa da, mobil platformalar üçün bu hələ də kifayət qədər yüksək tələbdir. Buradan isə belə qənaətə gəlmək olar ki, oyun mobil versiyadan PC platformasına port olunmayıb, ayrıca bir məhsul kimi yaradılıb.