“Kruella” filminin ABŞ-da premyerası 28 may tarixində olacaq
Disney tərəfindən ərsəyə gətirilən “Kruella” filmi məşhur “101 dalmatin” (101 Dalmatians ing.) hekayəsinə əsaslanır. Bununla bağlı yazıçı Dodi Smitin eyniadlı əsəri də mövcuddur.
Disney şirkətinin “Kruella” filmində hadisələr 1970-ci ildə London şəhərində, gənc modelyer Stervella De Villin tədricən mənfi obraz Kruellaya çevrilməsindən, dalmatin cinsindən olan itlərə qarşı maniyasının formalaşmasından bəhs edir. Bir sözlə filmdə cərəyan edən hadisələr bizləri sözügedən əhvalatın başlanğıcına qaytarır.
Filmdə Kruella və ya Stervella obrazı Hollivud aktrisası Emma Stoun tərəfindən canlandırılır. Rejissor isə Kreyq Gillespidir.
Premyerasına az müddət qalan filmin hazırda aktiv reklam aksiyası davam edir. Bu aksiya çərçivəsində isə Disney filmdən yeni görüntüləri özündə əks etdirən xüsusi videoçarx paylaşıb. Həmin videoçarxı sizə təqdim edirik: