18 mart tarixində “Doom Eternal” oyunu üçün “The Ancient Gods” adlı oyun əlavəsinin (DLC ing.) ikinci hissəsi buraxılacaq. DLC-nin tizer treyleri isə şəbəkələrdə vaxtından əvvəl yayılıb.
Keçən il “Doom Eternal” oyunu üçün “The Ancient Gods” adlı əlavə anons olunduqdan sonra DLC-nin iki hissədən ibarət olacağı elan olunmuşdu. Oyunun süjet kampaniyasındakı hadisələri davam etdirən “The Ancient Gods – Part One” (Qədim Tanrılar – Birinci Hissə azərb.) adlı əlavə elə həmin il buraxıldı.
Ümumilikdə “Doom Eternal” və “The Ancient Gods – Part One” oyunçular tərəfindən müsbət qiymətləndirildiyi üçün hər kəs oyun üçün əlavə məzmunun ikinci hissəsini səbrsizliklə gözləyirdi.

Dünən “Doom Eternal: The Ancient Gods – Part Two” (Doom Eternal: Qədim Tanrılar – İkinci Hissə azərb.) adlı DLC-nin tizeri isə vaxtından əvvəl şəbəkələrdə yayılıb. Həmin tizer treyleri sizə təqdim edirik: