EA Play Live sərgisində Dragon Age 4 müzakirə olunmayacaq. Yeni konsept isə Qarğa personajını əks etdirir.
Təəssüf ki, 22 iyul tarixində keçirilməsi planlaşdırılan EA Play Live sərgisində nə yeni “Mass Effect”, nə də ki “Dragon Age 4” oyunları müzakirə olunmayacaq. Bu barədə BioWare şirkəti rəsmi Twitter hesabında məlumat paylaşıb.
BioWare şirkətinin icraçı prodüseri Kristian Deyl belə vəziyyətin yarandığına görə üzrxahlıq edib və “Dragon Age” seriyasının növbəti hissəsini səbrsizliklə gözləyən oyunçuları üzülməməyə çağırıb. O, hətta şəxsi Twitter hesabında “Dragon Age 4” oyunundan Qarğa personajının yeni konseptini də paylaşıb.
Ümid edirik ki, BioWare şirkəti hər iki möhətəşəm rol oyunu ilə əlaqədar xəbərləri ilə bizi hələ sevindirəcək.