“E3 2021” 2021-ci ilin 15-17 iyul tarixlərinə planlaşdırılıb
Bu barədə “E3” tədbiri təşkilatçısı ESA (Entertainment Software Association) məlumat verib.
“E3 2020” oyun sərgisinin isə bu il məlum səbəblərdən baş tutmayacaq. Buna baxmayaraq, əvvəllər sərginin izləyiciləri onun onlayn formatda keçiriləcəyinə ümid etsələr də, ESA sərginin bu il ümumiyyətlə heç bir formada keçirilməyəcəyini bildirib.
Təəssüf ki, bu il bəzi oyun istehsalçılarının iştirak edəcəyi “Oyun Yayı” ilə kifayətlənməli olacağıq.
“Microsoft”, “Ubisoft”, “Sony”, “EA” və bu kimi digər nəhəng istehsalçı şirkətlərin isə çox güman ki, ayrıca öz sərgiləri baş tutacaq.