Konsert 24 iyun tarixində “Fortnite” oyununun yaradıcı rejimində keçiriləcək
Tez-tez “Fortnite” oyununa unikal məzmun əlavə edərək oyunçularını sevindirən Epic Games daha bir virtual konsert keçirməyi planlaşdırır. Bu dəfə konsertdə Böyük Britaniyanın məşhur R&B qrupu “Easy Life” çıxış edəcək. Konsert oyunun yaradıcı rejimində “O2” arenasında keçiriləcək.
Epic Games şirkətinin verdiyi məlumata görə konsert Bakı vaxtı ilə 24 iyun tarixində saat 23:00-da başlayacaq və 20 dəqiqə davam edəcək. Buna baxmayaraq “EASY LIFE AT THE O2” xüsusi oyun rejiminə 28 iyun saat 03:00-dək daxil olmaq imkanı mövcud olacaq.
“EASY LIFE AT THE O2” oyun rejimində oyunçuları konsertlə yanaşı müxtəlif mini oyunlar, attraksionlar və digər əyləncələr gözləyir. Buraya oyundakı yaradıcılıq mərkəzindən portal və ya yaradıcı rejimdə adanın kodunu (2500-3882-9781) daxil etməklə keçid etmək olar.
Bu tədbirə “Fortnite” hesabı olan hər kəs dəvətlidir. İştirak etmək imkanı olmayan şəxslər isə GGC Facebook hesabında konserti canlı yayımda izləyə bilərlər.
Xatırladırıq ki, Epic Games şirkəti ilə həmkarlığımız çərçivəsində şirkətin “Support-a-Creator” proqramına qoşulmuşuq. Bu isə o deməkdir ki, siz Epic Games Store rəqəmsal mağazasından hər hansı bir oyun və ya proqram təminatı əldə edərkən bizim kodumuzdan istifadə edib icmamıza dəstək ola bilərsiniz. Bu kod eynilə oyundaxili ianələrə (donate ing.) də şamil olunur.
GGC müəllif kodu:
GAZEGAMECOM
Öncədən hər birinizə təşəkkür edirik!:)