From Software “Elden Ring” oyununun PC üçün minimal və tövsiyə olunan sistem tələblərini açıqlayıb.
Bandai Namco Entertainment və From Software tərəfindən ərsəyə gətirilən “Elden Ring”in buraxılışına artıq 8 gün qalıb. Oyun 24.02.2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq. Dünən isə, nəhayət ki, oyunun PC platforması üçün sistem tələbləri məlum olub:

Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 3 3300X
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD Radeon RX 580
• RAM: 12 GB
• Diskdə boş yer: 60 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 / 11 64 bit
• CPU: Intel® Core™ i7 8700K / AMD Ryzen 5 3600X
• GPU: NVIDIA®GeForce® GTX 1070 / AMD Radeon RX Vega 56
• RAM: 16 GB
• Diskdə boş yer: 60 GB
Qeyd edək ki, digər platformalardan fərqli olaraq çiterlər ilə mübarizə məqsədi ilə oyuna “Easy Anti-Cheat” təminatı quraşdırılıb.