ELEX II oyunu 1 mart tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq. Oyunu artıq öncədən sifariş etmək mümkündür.
“ELEX II” oyunu “ELEX” seriyasının ikinci hissəsi və eyniadlı oyunun davamıdır. Oyun açıq dünyalı rol-oyunu janrındadır.
Yeni “döyüş treyleri” oyun qeympleyindən müxtəlif döyüş səhnələrini ehtiva edir. Təhlükəli məxluqlarla dolu olan “ELEX II” dünyasında əsas personaj şər qüvvələrlə qılınc və qalxan, yay və ox, balta, magiya gücü və digər silahlarla mübarizə aparır.
“ELEX II” oyunu RPG janrına böyük töhfə verən və “Gothic” oyun seriyası ilə məşhurlaşan Piranha Bytes tərəfindən ərsəyə gətirilir.