EA DICE studiyasının keçmiş əməkdaşları tərəfindən yaradılan Embark Studios paylaşdığı oyun videoçarxını studiyanın 3 illiyinə həsr edib
Embark Studios oyun studiyası EA şirkətinin tərkibində olan keçmiş DICE əməkdaşları tərəfindən yaradılıb. Studiyanın əsasının qoyulmasından bir neçə il ötməsinə baxmayaraq son günlərədək onlar qismən sakit fəaliyyət göstərirdilər.
9 noyabr tarixində studiya yaranmasının 3 illiyini qeyd edib və bu münasibətlə kifayət qədər maraqlı qeympley xüsusiyyətləri olan layihəsinin ilk videoçarxını paylaşıb. Hazırda oyunun nə adı, nə də buraxılış tarixi bəlli olmasa da, videoçarxdan birinci şəxs perspektivli şuter janrında olduğu aydın olur. Həmçinin əsas personajın və ya personajların odlu silahla yanaşı yaxın döyüşdə katanadan (samuray qılıncı) istifadə etdiyini, eləcə də binaların damında hərəkət etdiyini müşahidə etmək olar. Bu isə o deməkdir ki, oyun özündə həm də parkur elementlərini ehtiva edə bilər.