24 fevral tarixinədək bütün Epic Games Store istifadəçiləri “Brothers – A Tale of Two Sons” oyununu ödənişsiz əldə edə bilərlər.
Epic Games 24.02.2022-ci il tarixinədək istifadəçilərinə “Brothers – A Tale of Two Sons” oyununu pulsuz təklif edir. Növbəti həftə isə pulsuz oyun kampaniyası çərçivəsində istifadəçiləri “Cris Tales” oyunu gözləyir.
Brothers – A Tale of Two Sons
Oyun ilk dəfə 2013-cü ildə Xbox 360, daha sonra PC və PlayStation 3 platformaları üçün buraxılıb. Növbəti illərdə isə PlayStation 4, Xbox One, iOS, Android və Nintendo Switch platformalarına buraxılıb.
“Brothers – A Tale of Two Sons” tək nəfərlik macəra janrındadır. Artıq keçmişdə qalmış Unreal Engine 3 mühərrikində ərsəyə gətirilməsinə baxmayaraq, maraqlı süjet kampaniyası bu gün üçün də aktual olaraq qalır.
EPIC GAMES VƏ GGC
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
MÜƏLLİF KODUMUZ: