11 noyabradək bütün Epic Games Store istifadəçiləri “Aven Colony” oyununu ödənişsiz əldə edə bilər
Bu həftə Epic Games Store strategiya və simulyator janrlarında olan “Aven Colony” oyununu istifadəçilərinə bağışlayır. Gələn həftə isə rəqəmsal mağazanın istifadəçilərini “Rogue Company” şuteri üçün xüsusi pulsuz bonuslar gözləyir.
Aven Colony
Oyun Mothership Entertainment və Team17 tərəfindən 25 iyul 2017-ci il tarixində PC, PS4 və Xbox One platformaları üçün Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. Yalnız tək nəfərlik rejimi dəstəkləyir. Strategiya və simulyator janrlarındadır.
“Aven Colony” oyununda hadisələr Yer kürəsindən bir neçə işıq ili uzaqda olan Aven Prime planetində cərəyan edir. Bu oyunda oyunçu daim koloniyanı inkişaf etdirməli, əhatə etdiyi ərazini genişləndirməli və tədricən böyük şəhərə çevirməlidir.
Oyunu əldə etmək üçün keçid:
https://www.epicgames.com/store/ru/p/aven-colony
EPIC GAMES VƏ GGC
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
MÜƏLLİF KODUMUZ: