14 oktyabr tarixinədək Epic Games Store istifadəçiləri PC Building Simulator oyununu ödənişsiz əldə edə bilərlər
Epic Games rəqəmsal mağazasında növbəti pulsuz təklifin vaxtı gəlib çatdı. Bu gündən etibarən oktyabr ayının 14-dək istifadəçilər “PC Building Simulator” oyununu ödənişsiz əldə edə bilərlər. Gələn həftə isə istifadəçiləri “Stubbs the Zombie in Rebel Without a Pulse” oyunu gözləyir.
PC Building Simulator
Oyun Claudiu Kiss və The Irregular Corporation studiyaları tərəfindən Unity mühərrikində ərsəyə gətirilib. 29 yanvar 2019-cu il tarixində PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün ərsəyə gətirilib.
Adından da bəlli olduğu kimi “PC Building Simulator” oyunçulara istənilən növ virtual PC yığmağa, onu diaqnostika və təmir etməyə imkan yaradır.
Oyunu əldə etmək üçün keçid:
https://www.epicgames.com/store/ru/p/pc-building-simulator
EPIC GAMES VƏ GGC
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
MÜƏLLİF KODUMUZ: