Bu gündən etibarən 23 sentyabradək “Speed Brawl” və “Tharsis” oyunlarını Epic Games Store rəqəmsal mağazasından ödənişsiz əldə etmək olar
Bu dəfə Epic Games Store “Speed Brawl” və “Tharsis” oyunlarını istifadəçilərinə pulsuz təklif edir. Oyunların hər ikisi də indi-oyundur. Rəqəmsal mağazanın bütün istifadəçiləri sentyabr ayının 23-dək bu təklifdən yararlana bilərlər.
Speed Brawl
2018-ci ildə Double Stallion Games studiyası tərəfindən PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün ərsəyə gətirilib. Oyun 2D formatlı ekşen və macəra janrlarındadır.
“Speed Brawl” həm tək nəfərlik, həm də çox nəfərlik (kooperativ, oyunçu oyunçuya qarşı) oyun rejimlərini dəstəkləyir.
Əldə etmək üçün bu keçiddən istifadə edə bilərsiniz.
Tharsis
“Tharsis” Choice Provisions studiyası tərəfindən Unity mühərrikində ərsəyə gətirilib. Oyun 2016-cı ildə PC, PS4 və Nintendo Switch platformalarına buraxılıb. Strategiya janrındadır və yalnız tək nəfərlik oyun üçün nəzərdə tutulub.
Əldə etmək üçün bu keçiddən istifadə edə bilərsiniz.
EPIC GAMES VƏ GGC
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
MÜƏLLİF KODUMUZ: