30 sentyabradək bütün Epic Games Store istifadəçiləri “The Escapists” oyununu rəqəmsal mağazadan heç bir ödəniş etmədən əldə edə bilərlər
Bu dəfə Epic Games rəqəmsal mağazasında istifadəçilərinə yalnız bir oyun təklif edir. “The Escapists” oyununu əldə etmək üçün vaxt məhduddur. Ənənəvi olaraq bu təklif bir həftə – 30 sentyabr tarixinədək davam edəcək. Sonrakı həftə isə istifadəçiləri “Europa Universalis IV” oyunu gözləyir.
The Escapists
Mouldy Toof Studios və Team17 tərəfindən ilk dəfə 2015-ci ildə PC, Xbox 360 / Xbox One, PS4 platformaları üçün ərsəyə gətirilən indi-oyundur. “The Escapists” daha sonra iOS və Android mobil platformaları və Nintendo Switch platforması üçün də buraxılıb. Oyun tək nəfərlik strategiya janrındadır və 2D formatdadır.
Oyunun baş qəhrəmanı məhbusdur. Onun əsas məqsədi isə öz niyyətini büruzə vermədən türmədən qaçmaqdır.
EPIC GAMES VƏ GGC
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
MÜƏLLİF KODUMUZ: