EGS bu həftə “For The King” və “Metro: Last Light Redux” oyunlarını pulsuz paylaşır
Çoxlarının hər həftə səbirsizliklə gözlədiyi EGS-in ənənəsinə çevrilmiş pulsuz oyun paylaşımı bu dəfə də strategiya və RPG janrlarında olan “For The King” və Dmitri Qluxovskinin əsəri əsasında 4A Games tərəfindən ərsəyə gətirilmiş “Metro: Last Light Redux” oyunlarının payına düşdü.
Qeyd olunan oyunları fevral ayının 11-dək Epic Games Store-dan ödənişsiz əldə etmək olar.