7 oktyabradək bütün Epic Games Store istifadəçiləri “Europa Universalis IV” oyununu ödənişsiz əldə edə bilərlər
Bu həftə də Epic Games rəqəmsal mağazası ənənəvi olaraq növbəti pulsuz oyunu təklif edir. 7 gün ərzində istifadəçilər “Europa Universalis IV” oyununu ödənişsiz əldə edə bilərlər.
Gələn həftə isə rəqəmsal mağaza “PC Building Simulator” oyununu pulsuz verəcək.
Europa Universalis IV
Oyun Paradox Development Studio və Paradox Interactive tərəfindən Clausewitz Engine mühərrikində ərsəyə gətirilib. 2013-cü ildə yalnız PC (Windows, MacOS, Linux) platforması üçün buraxılıb.
“Europa Universalis IV” tək nəfərlik strategiya janrındadır. Oyunda hadisələr bəşər tarixinin orta əsrlər dövrünün sonlarından yeni dövrün əvvəllərindək olan zaman kəsiyində cərəyan edir. Burada oyunçular təqdim olunan ölkələrdən birini seçərək onu həm iqtisadi, həm hərbi, həm də texnoloji cəhətdən inkişaf etdirməlidirlər.
EPIC GAMES VƏ GGC
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
MÜƏLLİF KODUMUZ: