Əvvəlki məqaləmizdə biz oyun haqqında qısaca da olsa məlumat vermişdik. Dünən isə Azərbaycan oyun studiyası AzDimension “Evade the Light” (İşıqdan Yayınmaq azərb.) oyununu rəsmi sosial şəbəkə hesablarında anons etdi. Sağ qalma və ekşen (Survival action ing.) janrlarında olan bu oyun 2021-ci il ərzində PC platforması üçün buraxılacaq.
Rəsmi mənbədən aldığımız məlumata görə “Evade the Light” oyununda hadisələr yaxın gələcəkdə – 10-15 il sonrakı dövrdə Azərbaycan Respublikası ərazisində cərəyan edəcək. Oyun birinci şəxs görüntüsündə (first person view ing.) olacaq. Yaradıcı studiya tərəfindən bu məqam şərh edilməsə də, düşünürük ki, oyun post-apokalipsis dünyaya malik olacaq.
Hazırda oyunun hazırlanması prosesi aktiv mərhələdədir və sınaqçılar tərəfindən yoxlanılması məqsədi ilə məhdud dairə üçün xüsusi demo versiyalar istifadəyə verilib.