Azərbaycan oyun studiyası AzDimension nəhayət ki, bir qədər əvvəl anons etdiyi “Evade The Light” oyununun tizer treylerini təqdim edib.
Yaradıcı studiya rəsmi sosial şəbəkə hesablarında tizeri bu sözlərlə paylaşıb:
“Evade the Light” elmi fantastik (Sci-Fi ing.) və sağqalma ekşeni (survival action ing.) janrlarındadır. Baş qəhrəman bütün imkanlarından istifadə edərək anomaliyanın hökm sürdüyü müəmmalı mühitdə sağ qalmaq uğrunda mübarizə aparmalıdır.
Tizer treylerdə oyunun anons posterində əks olunan respiratorlu naməlum personaj və “Yenikənd” adlı məkan diqqəti cəlb edir. Bizə təqdim olunan oyun görüntüləri əsasən şəhərdən kənar bir yerdədir. Lakin tizərdə olan digər maraqlı bir məqam isə baş qəhramanın bizim dünyaya bənzəməyən bir yerə səyahətidir. Çox güman ki, anomaliya mərkəzi məhz “Yenikənd” olsa belə, hadisələr müxtəlif məkanlarda cərəyan edəcək.
AzDimension studiyasının baş icraçı direktoru Fərid Haqverdiyev rəsmi Facebook hesabında qeyd edir ki, “Evade The Light” onun çalışdığı ən eksperimental layihədir. Onun sözlərinə görə yaxın gələcəkdə bizi oyun haqqında daha çox xəbər gözləyir.
Xatırladaq ki, oyun bu il ərzində PC platforması üçün buraxılacaq.
Evade The Light oyununun tizer treylerini Sizə təqdim edirik: