Yaradıcı studiya Saber Interactive və Game Informer portalının birgə təqdim etdikləri yeni qeympley videoları Eş və Demon personajları ilə oyun prosesindən bəhs edir.
“Evil Dead: The Game” üçüncü şəxs perspektivli çox nəfərlik qorxu, sağ qalma və şuter janrlarında olan bir oyun olacaq. Oyunun buraxılışı 13.05.2022-ci il tarixinə, PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün planlaşdırılıb.
Saber Interactive və Game Informer birgə hazırladığı qeympley görüntülərində Eş və Demon personajları ilə oyun prosesini göstərir və ümumilikdə oyun dünyasının xüsusiyyətlərindən bəhs edir.
Qeympley videosundan da bəlli olduğu kimi “Evil Dead: The Game” 5 nəfərlik kooperativ üçün nəzərdə tutulub. Belə ki, bu tərkibdə 4 nəfər sağ qalmaq uğrunda mübarizə aparan insan, 1 nəfər isə onları öldürmək istəyən qorxunc varlıq rolunda çıxış edir. Buna oxşar konsepti “Dead by Daylight” oyununda da müşahidə edə bilərsiniz.
Oyunda hər bir “qarşılaşma” üç şərti mərhələdən ibarət olacaq. Birinci mərhələdə “Demon”a qarşı olan oyunçular, əsasən, resurs yığmalıdırlar. İkinci mərhələdə oyunçular çoxsaylı rəqbilərlə qarşılaşır, üçüncü mərhələdə isə oyun xəritəsi getdikcə kiçilməyə başlayır və oyunçuları “Demon”la döyüşməyə bir növ təhrik edir.