Facebook sosial şəbəkəsinin yaradıcısı və şirkətin rəhbəri Mark Zukerberq şirkətin yeni adının “Meta” olacağını elan edib
Son günlər “Facebook” şirkətinin adının dəyişdiriləcəyi barədə müxtəlif KİV-də informasiyalar dolaşırdı. Nəhayət ki, məlumat öz təsdiqini tapdı. Az öncə keçirilən “Facebook Connect” konfransında “Facebook” sosial şəbəkəsinin yaradıcısı və şirkətin rəhbəri Mark Zukerberq şirkətin yeni adını elan edib. Belə ki, bu gündən etibarən Instagram, WhatsApp, Facebook kimi sosial şəbəkələri özündə birləşdirən şirkət “Meta” adlandırılacaq. Dəyişikliklərin artıq sabahdan qüvvəyə minəcəyi gözlənilir. Eləcə də şirkətin yeni loqosu təqdim olunub.
Zukerberqin sözlərinə görə şirkətinin adının dəyişdirilməsi həm də onun artıq “sosial şəbəkədən” daha böyük bir anlayışa – metakainata çevrilməsi deməkdir.