Sabah “Fall Guys”da daha bir krossover başlayır. “Horizon” oyunundan Eloy personajının xarici görünüşü əlavə olunacaq.
Sabah – 6 dekabr tarixində “Fall Guys” oyununda “Aloy’s Blaze Canister Mayhem” oyun hadisəsi başlayacaq. Oyunçular hadisə çərçivəsində “Horizon” seriyasından Eloy personajının xarici görünüşünü əldə edə biləcəklər.
Qeyd edək ki, bu “Fall Guys” oyununda ilk krossover deyil. Bu gün isə “Sackboy: A Big Advunture” oyunu ilə krossoverin son günüdür.