Komiks 3 buraxılışdan ibarət olacaq və “Keçid Ayini” (Rite of Passage) adlanacaq
ABŞ-ın məşhur komiks nəşriyyatı Dark Horse bu barədə məlumat yayıb. “Keçid Ayini” (Rite of Passage ing.) adlı komiks 3 buraxılışdan ibarət olacaq və “Far Cry” oyun seriyasındakı baş mənfi obrazlardan bəhs edəcək. Komiksin ilk buraxılışı 19 may 2021-ci il tarixində baş tutacaq.
Komiks “Far Cry 6” oyunundakı baş mənfi obraz – antaqonist Anton Kastilyonun 13 yaşlı oğlu Dieqonu keçid ayininə hazırlamaq üçün ona “dərs” keçməsindən bəhs edir. Çox güman ki, komiksin hər buraxılışı fərqli antaqonistə həsr olunacaq. Onların “Far Cry 3” oyunundan Vaas, “Far Cry 4” oyunundan Peyqan Min və “Far Cry 5” oyunundan olan İosif Sid obrazları olacağı məlumdur.
Üzlükdə Vaas Üzlükdə Peyqan Min Üzlükdə İosif Sid
Əgər siz “Far Cry” oyun seriyası ilə artıq tanışsınızsa 3-cü hissədən etibarən oyundakı baş mənfi obrazların hər birinə xas olan “dəlilikdən” xəbərdarsınız. Bu il ərzində buraxılacağı planlaşdırılan “Far Cry 6” oyunundakı antaqonist Kastilyo sələflərindən fərqli olaraq daha az emosionallıq və daha çox soyuqqanlılıq nümayiş etdirir. Anton Kastilyo obrazına xarici görünüş bəxş edən şəxs isə məhşur aktyor Cankarlo Espozitodur.
Əgər hər hansısa bir səbəbdən “Far Cry 6” oyununun treylerini indiyədək izləməmisinizsə, onu buradan izləyə bilərsiniz: