Film Xəbərləri

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
Filmlər Haqda Ən Son Xəbərlər

Avatar: The Way of Water filminin ilk treyleri vaxtından əvvəl şəbəkəyə sızıb

“Lightstorm Entertainment” və “Disney” film şirkətinə məxsus olan “20th Century Studios”un distribütorluğu ilə rejissor Ceyms Kameron tərəfindən çəkilən “Avatar: The Way of Water” filminin ilk treyleri vaxtından əvvəl şəbəkəyə sızıb. Filmin premyerası bu ilin dekabr ayına planlaşdırılıb.

Daha bir mənbə Obi-Van Kenobi serialının yayımının may ayında başlayacağını yazıb

Buna baxmayaraq Disney hələ də bu barədə heçbi rəsmi rəsmi elan verməyib. Sangiovanni isə artıq tvitini silib və öz hesabına girişi məhdudlaşdırıb.

Yeni Mortal Kombat filminin ikinci hissəsinin çəkilişlərinə icazə verilib

Dünən “Deadline” portalı paylaşdığı məqalədə “New Line” tərəfindən filmin ardının çəkilişlərinə icazə verildiyini qeyd edib.

Spider-Man: Across the Spider-Verse animasiyalı filminin qısa fraqmenti təqdim olunub

Animasıyalı filmin ikinci hissəsi “Spider-Man: Across the Spider-Verse” adlanır və, çox güman ki, bu filmin özü də iki hissədən ibarət olacaq. Ən azından filmin adındakı “(Part One)” (Birinci Hissə azərb.) sözləri buna işarə edir.

Mass Effect kainatına əsaslanan serial çəkilə bilər

Mənbə qeyd edir ki, Amazon və Electronic Arts serialın çəkilməsi üçün razılıq əldə etmək üzrədirlər.

Yeni Matrix filmindən əsas obrazların fərdi posterləri təqdim olunub

Warner Bros. Pictures film şirkətinin dəstəyi ilə rejissor Lana Vaçovski tərəfindən lentə alınan “The Matrix Resurrections” seriyanın 4-cü filmidir.

Arcane cizgi-serialının 2-ci sezonu anons olunub

İlkin məlumata görə 2-ci sezon da Vay (Vi ing.) və Cinksin (Jinx ing.) hekayəsindən bəhs edəcək. Cizgi-serialın əsas yaradıcı heyətindən olan Kristian Linke və Aleks Yi, Vay və Cinks obrazlarını səsləndirən Heyli Steynfild və Ella Pernell öz yerlərinə qayıdacaqlar.

Arcane cizgi-serialının 3-cü aktının treyleri təqdim olunub

Müharibənin qaçılmaz olduğu bir vəziyyətdə baş qəhrəmanların qəbul etdiyi qərarlar hər iki tərəf üçün həlledici rol oynayır.

2022-ci ildə Halo serialı yayımlanmağa başlayacaq – TİZER

İlk dəfə 2001-ci ildə Microsoft və Bungie tərəfindən Xbox platforması üçün ərsəyə gətirilən birinci şəxs perspektivli şuter “Halo: Combat Evolved” oyun sənayesində qazandığı uğurla möhtəşəm seriyanın əsasını qoymuş oldu.

Witcher serialının yeni treyleri və 2-ci sezonun vacib məqamları

İlk sezonda hekayənin təqdim olunma qaydasından narazı qalan izləyicilər bu dəfə dərindən nəfəs ala bilər. 2-ci sezonda süjetin daha aydın, cərəyan edən hadisələrin isə ardıcıl olacağı gözlənilir.