Bu gün – 15 iyul tarixində çəkilişlərin yekunlaşması barədə məlumatı Dueyn Conson verib
DC kainatının ən tanınmış obrazlarından biri olan “Black Adam”a (Qara Adəm azərb.) həsr olunmuş filmin çəkilişləri bu gün – 15 iyul tarixində yekunlaşıb. Bu barədə məlumatı filmin baş qəhrəmanını canlandıran aktyor Dueyn Conson şəxsi “Instagram” hesabında paylaşıb.
Bununla yanaşı o film üzərində çalışan bütün çəkiliş heyətinə öz minnətdarlığını bildirib və filmin premyerasını səbrsizliklə gözlədiyini qeyd edib.
Çəkilişlərin yekunlaşması münasibətilə filmin heyətinin 3 üzvü arasında 10.000$ məbləğində müsabiqə keçirilib.
Süjet ilə əlaqədar detallar açıqlanmasa da, bu filmdə Qara Adəmin mənfi obraz kimi yox, anti-qəhrəman kimi çıxış edəcəyi məlumdur.
Xatırladaq ki, DC Films, New Line Cinema və Warner Bros şirkətləri tərəfindən ərsəyə gətirilən “Black Adam” filminin premyerası çəkilişlərin bitdiyi gündən bir il sonraya, yəni 29.07.2022-ci il tarixinə təyin olunub.