“The Lord of the Rings” serialının 1-ci sezonu 2 sentyabrdan etibarən Amazon Prime Video servisində yayımlanacaq
Yazıçı Con Ronald Ruel Tolkinin “The Lord of the Rings” fentezi romanı əsasında Amazon tərəfindən ərsəyə gətirilən eyniadlı serialın çəkilişləri 3 avqust tarixində yekunlaşıb. Bu barədə məlumat serialın rəsmi “Twitter” hesabında paylaşılıb.
Əlavə olaraq “Twitter” hesabında serialın çəkiliş heyətinin üzvlərinə minnətdarlıq bildirilib. Serialın rejissorları Antonio Bayona, Ueyn Yip və Şarlotta Brandstrom daxil olmaqla digər çəkiliş heyətinin üzvlərinin iş başında şəkilləri paylaşılıb.
Xatırladaq ki, serıalın 1-ci sezonu 8 seriyadan ibarət olacaq. 02.09.2021-ci il tarixində Amazon Prime Video servisində premyera yayımı başlayacaq.