Yeni sezonla “Fortnite” oyununa cizgi filmi personajı Rik və DC superqəhrəmanı Supermen əlavə olunub.
“Fortnite” oyununun 2-ci fəslinin növbəti sezonu “Invasion”da oyunçuları yadplanetlilər və kosmik gəmilərlə mübarizə gözləyir. Sözsüz ki, hər dəfə olduğu kimi oyuna xeyli xarici görünüş elementləri və yeni silahlar əlavə olunub. Bu dəfə yeni sezonun qonaqları məşhur cizgi filmi qəhrəmanı Rik (Rik və Morti) və Supermen (DC superqəhrəmanı) personajları olublar.
Dəyişikliklər oyun xəritəsindən də yan keçməyib. Belə ki, xəritənin bəzi məkanları sezonun mövzusuna uyğunlaşdırılıb.
Yeni sezonun başlaması münasibətilə Epic Games ənənəvi olaraq “Fortnite” oyununun sezon treylerini təqdim edib:
“Invasion” sezonunun başlaması ilə oyunun döyüş keçidinə (battle pass ing.) “döyüş ulduzları” adlanan xüsusi oyundaxili valyuta əlavə olunub. Əldə etdiyiniz ulduzları müxtəlif əşyalara dəyişə bilərsiniz. Döyüş keçidindəki yeniliklərlə əlaqədar daha bir treyler təqdim olunub: