10 iyun tarixindən etibarən Genshin Impact oyununu EGS-dən yükləmək mümkün olacaq
“miHoYo” tərəfindən ərsəyə gətirilən və 28 sentyabr 2020-ci il tarixində Android, iOS, PC, PS4 platformalarına buraxılan “Genshin Impact” nəhayət ki, EGS rəqəmsal mağazasına əlavə olunacaq. Xatırladaq ki, 28 aprel tarixində oyun həmçinin PS5 konsolu üçün buraxıldı. Krossplatform funksiyasını dəstəkləyən “Genshin Impact” oyununun yaxın zamanlarda Nintendo Switch platformasına da buraxılacağı gözlənilir.
“Genshin Impact” ilk gündən PC platformasına buraxılmış olsa belə əvvəllər oyun klientini yalnız rəsmi saytdan yükləmək mümkün idi. 10 iyun tarixindən etibarən isə EGS istifadəçiləri oyuna birbaşa EGS vasitəsilə daxil ola biləcəklər.

Ümumən PC platforması sahibləri üçün bu elə də böyük yenilik olmasa da, EGS istifadəçilərinin rahatçılığı üçün nəzərdə tutulub. EGS rəqəmsal mağazasından oyunu əldə edən hər kəs “GenshinEpic” xüsusi promokodu vasitəsilə oyunudaxili bonuslar əldə edəcək.
“Genshin Impact” oyununun səhifəsi artıq Epic Games Store rəqəmsal mağazasına əlavə olunub.