Məhşur “God of War” oyun seriyası əsasında “God of War: Fallen God” adlı komiks buraxılacağı anons olunub. Komiksdə hadisələr Kratosun Zevsi öldürdükdən sonrakı həyatından bəhs edəcək.
Xatırladaq ki, sonuncu “God of War” oyununda biz Kratos obrazını tamamilə başqa bir yöndən izləmiş olduq, lakin onda baş verən bu dəyişikliklərin arxasında nəyin durduğu isə bu oyun seriyası fanatları üçün müəmmalı olaraq qalırdı. “God of War: Fallen God” komiksi isə bütün bu məqamları işıqlandıracaq və Kratosun “God of War III” oyunundan sonra öz evindən və keçdiyi rüsvayçılıqdan uzaqlaşmaq üçün gəmi ilə səhraya səyahətindən, onun daxili hissləri ilə mübarizəsindən bəhs edəcək.
Komiksin ilk buraxılışı 24.06.2020-ci il tarixinə nəzərdə tutulub.