PC plaftorması üçün “God of War” oyunun 14 yanvar 2022-ci il tarixində buraxılacaq. Oyunun 5 kateqoriyada sistem tələbləri təqdim olunub.
PlayStation platformasının ən parlaq eksklüzivlərindən biri olan “God of War” oyunu artıq PC platforması üçün buraxılmaq üzrədir. Oyunun buraxılışı 2022-ci ilin 14 yanvar tarixinə təyin olunub. Əlbəttə ki, konsol istifadəçilərindən fərqli olaraq PC istifadəçilərini ilk növbədə oyunun sistem tələbləri və xüsusiyyətləri maraqlandırır. Dünən Sony və Santa Monica Studio isə bu sualları oyunun bütün imkanlarını özündə əks etdirən qısa videoçarxla və sistem tələbləri tablosu ilə cavablandırıb.
Bu videoçarxda oyun 60 FPS və 4K ölçüdə qeydə alınıb. Videoçarxdan aydın olur ki, “God of War” müasir Nvidia qrafik prosessorları üçün DLSS və Reflex funksiyalarını AMD qrafik prosessorları üçün isə AMD FidelityFX Super Resolution funksiyasını dəstəkləyəcək. Qeyd olunan funksiyalar oyunun PC platformasında daha yüksək və keyfiyyətli performansını təmin etmək üçün nəzərdə tutulub.
Sistem tələblərinə gəldikdə isə, Sony bu məsələyə həssaslıqla yanaşmağa qərar verib. Oyunun minimum, tövsiyə olunan, yüksək, performans və ultra olmaqla 5 kateqoriyada sistem tələbləri tablosu təqdim olunub.
