Google innovasiyon “Google Stadia”-nı yayımla təqdim etdi
06.06.2019-cu il tarixində Google nəhayət ki, öz “Stadia” proyekti barəsində ilk təsəvvür yaratmaq üçün bir qədər ətraflı məlum verdi. Belə ki, “Stadia”-nın artıq 2019-cu ilin 4-cü rübündə fəaliyyətə başlayacağı dəqiqləşdi.
Dəstəklənən cihazlar barədə bu günə olan məlumat:
Smart-TV, PC, Noutbuk, planşetlər, Google Pixel 3 və daha yuxarı smartfonlar
(Sözsüz ki, Google Chrome vasitəsilə)
İnternet bağlantı surəti və görüntüləmə keyfiyyəti barədə məlumat:
10 Mbit/s – 60 FPS 720p
20 Mbit/s – 60 FPS 1080p HDR
35 Mbit/s – 60 FPS 4K
İnternet bağlantısı sürəti (ötürmə qabiliyyəti) stabil minimum 10 Mbit/s olan hər bir şəxs bu servisdən yararlana biləcək.
Hər bir şəxs demişkən… Hazırda bu il üçün “Google Stadia” servisinə qoşulmağa görə abunə haqqı nəzərdə tutulub. 720p keyfiyyətində striminq ödənişsizdir. Digər hallarda isə abunə haqqının ayda 10 dollar olacağı qeyd olunur. 2020-ci ildən “Stadia Base” fəaliyyətə başladıqdan sonra isə oyunları standart FHD 1080p 60FPS keyfiyyəti ilə tam ödənişsiz oynaya biləcəksiniz. Google xüsusilə bu servisi üçün tərkibinə Chromecast Ultra, Night Blue Stadia Controller (məhdud saylı), 2 nəfərlik üç aylıq abunə və “Destiny 2” oyunu daxil olan “Founder’s Edition” komplektini 129 dollara satışa çıxaracaq. Ayrıca “Stadia Controller”-in qiymətinin 70 dollar/avro olacağı gözlənilir.
“Google Stadia” bütün bunlardan əlavə əməkdaşlıq etdiyi oyun şirkətlərini də, bir neçə anlıq canlandırdı və
“Baldur’s Gate 3”, “Tom Clancy’s Ghost Recon: Breakpoint” oyunlarını, “Destiny 2” üçün yeni “Shadowkeep” adlı oyun əlavəsini təqdim etdi.
“Google Stadia” oyun servisi artıq 2019-cu ilin noyabr ayında aşağıdakı ölkələrdə dəstəklənəcək:
– Belçika
– Böyük Britaniya
– ABŞ
– Finlandiya
– Kanada
– Danimarka
– Fransa
– Almaniya
– İrlandiya
– İtaliya
– Hollandiya
– Norveç
– İspaniya
– İsveç
2020-ci ildən etibarən Rusiya Federasiyası və MDB məkanında (Azərbaycan) dəstəklənəcəyi də gözlənilir.
06.06.2019 “Stadia Connect” yayımını Sizə təqdim edirik: